...

Bakı - Novorossiysk neft boru kəmərinin bir hissəsini su yuyub - FHN

Hadisə Materials 2 Aprel 2010 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Novorossiysk neft boru kəmərinin çayın altından keçən hissəsinin üst torpaq qatının bir hissəsini su yuyub, - Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Azərbaycanın Siyəzən rayonunda Ataçay çayında suyun səviyyəsinin qalxması nəticəsində, Bakı - Novorossiysk neft boru kəmərinin çayın altından keçən hissəsinin üst torpaq qatının bir hissəsini su yuyub", - məlumatda qeyd olunub.

FHN hadisə barədə aidiyyəti qurumları məlumatlandırıb. Hazırda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Siyəzən paytaxt Bakıdan 130 kilometr şimalda yerləşir. Bakı - Novorossiysk neft boru kəmərinin ümumi uzunluğu 1147 kilometrdir. Bunun 231 km-i Azərbaycan ərazisinə aiddir.

Xəbər lenti

Xəbər lenti