...

Azərbaycanda baş vermiş yol qəzasında ölən və yaralananlar arasında Türkiyə və Gürcüstan vətəndaşları da var (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 21 Aprel 2010 13:34 (UTC +04:00)
RED: Ölən və yaralananlar arasında Türkiyə və Gürcüstan vətəndaşlarının olması haqqında məlumat əlavə edililb
Azərbaycanda baş vermiş yol qəzasında ölən və yaralananlar arasında Türkiyə və Gürcüstan vətəndaşları da var (ƏLAVƏ OLUNUB-3)

RED: Ölən və yaralananlar arasında Türkiyə və Gürcüstan vətəndaşlarının olması haqqında məlumat əlavə edililb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində ölənlərin və yaralananların bəzilərinin adları açıqlanıb. Onların arasında Türkiyə və Gürcüstan vətəndaşları da var.

Tovuz Rayon Polis İdarəsindən Trend-ə həlak olanların adları təqdim edililb. Onların şəxsiyyətlərini müəyyən etmək mümkün olub. Aralarında Türkiyə vətəndaşları Ozan Qulet Kazım, Yaşar Yardımçı, Bora Yardımçı, həmçinin, Gürcüstan vətəndaşı Təhminə Qambarova da var.

Həmçinin, siyahıda Azərbaycan vətəndaşları Nizami Tofiq oğlu Hüseynov (Bakı şəhər, Binəqədi rayon sakini), Sevinc Ömərova, Xalid Ömərov, Ramin Məmmədov var.

Xəsarət alanlar - Gürcüstan vətəndaşları Esmira Qurbanova, Məhəmməd Osmanov, Nadir Osmanov; Türkiyə vətəndaşları Zöhrə Yardımçı, Burad Yardımçı və azərbaycanlılar Fariz Qocayev, Oksana Əliyeva, Fərid Qocayev, Məsmə Əliyeva, Qoşqar Mehmanov, Qafar Məsimov, Rzaqulu Məmmədov.

Yaralılar Tovuz rayon xəstəxanasına yerləşdirilib.

Bu gün səhər Bakı - Qazax magistralının 420 kilometrliyində iki sərnişin avtobusunun toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 12 nəfər yaralanıb. Həlak olanlar arasında bir uşaq, bir neçə qadın var. Bu barədə Trend-ə Tovuz rayon prokuroru Fəxrəddin Məmmədov məlumat verib.

Qəza törədən avtobuslar "Mersedes" və "İkarus" markalı avtobuslardır.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin versiyaya görə, qəzaya sürücülərin sükan arxasında yuxulaması səbəb olub.

Xəbər lenti

Xəbər lenti