...

Dərbənddə partlayışdan zərərçəkmiş azərbaycanlının şəxsiyyəti məlum olub

Hadisə Materials 8 May 2010 11:48 (UTC +04:00)
Dərbənddəki partlayışdan zərərçəkmiş azərbaycanlının şəxsiyyəti məlum olub. Bu, 1961-ci il təvəllüdlü, Azərbaycanın Xaçmaz rayon sakini Məmmədov Fikrət Şirinbala oğludur. Bu barədə Trend-ə şənbə günü Dağıstan DİN-in növbətçi hissəsindən telefonla məlumat veriblər.
Dərbənddə partlayışdan zərərçəkmiş azərbaycanlının şəxsiyyəti məlum olub

Azərbaycan, Bakı, 7 may /Trend,müxbir S.Ağayeva/

Dərbənddəki partlayışdan zərərçəkmiş azərbaycanlının şəxsiyyəti məlum olub. Bu, 1961-ci il təvəllüdlü, Azərbaycanın Xaçmaz rayon sakini Məmmədov Fikrət Şirinbala oğludur. Bu barədə Trend-ə şənbə günü Dağıstan DİN-in növbətçi hissəsindən telefonla məlumat veriblər.

Məmmədov sol dizindən qəlpə yarası alıb, onun vəziyyəti orta ağır qiymətləndirilir. Yaralı Dərbənd xəstəxanasına yerləşdirilib. Növbətçi hissədən xəbər verilib.

Dərbənd şəhərində baş vermiş partlayış zamanı üç milis işçisi və beş dinc sakin zərər çəkib. Yaralı dinc sakinlərdən bir qadın xəstəxanada vəfat edib. Bu barədə RİA-Novosti məlumat verir.

"Yaralılar arasında bir xarici - Azərbaycan vətəndaşı var", - "Vesti" bildirib.

Bundan əvvəl yaralıların sayının yeddi nəfər olduğu deyilmişdi.

Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, partlayış saat 20:55-də Samurdan gələn elektrik qatarının Dərbəndə daxil oduğu zaman - dəmir yolu platformasında baş verib. Qurğu gösləmə zalının girəcəyində qoyulan zibil qutusunda yerləşdirilib.

"Nəticədə, 1973-cü il təvəllüdlü milis çavuşu, 1971-ci il təvəllüdlü milis serjantı, 1983-cü il təvəllüdlü milis serjantı, eləcə də beş yerli sakin xəsarət alıb", - agentliyin müsahibi bildirib.

O, yerli sakinlərdən birinin xəstəxanada vəfat etdiyini əlavə edib.

Xəbər lenti

Xəbər lenti