...

İran Kür çayının səviyyəsinin aşağı düşməsi üçün "Xudafərin" su anbarının tutumunu artırıb

Hadisə Materials 10 May 2010 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Hüseynbala/

İran Kür çayının səviyyəsinin aşağı düşməsi və bölgələrə dəyən ziyanın qarşısını almaq üçün "Xudafərin" su anbarının tutumunu müvəqqəti olaraq artırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Sel və daşqınlar nəticəsində dəymiş ziyanların azadılması istiqamətində İran İslam Respublikasının göstərdiyi əməkdaşlığa baxmayaraq, bəzi KİV-lərin yaydığı xəbərlərdə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəsmilərinin açıqlamaları yer alıb ki, İran tərəfindən "Xudafərin" su bəndinin açılması Azərbaycanda sel və daşqınlara səbəb olub. İranın Azərbaycandakı səfirliyi bunu təkzib edir", - məlumatda bildirilib.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması səbəbindən qırx rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bazar ertəsi öncə jurnalistlərə açıqlamasında bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq" - Heydərov deyib.

Səfirliyin məlumatında vurğulanıb ki, İran Azərbaycan rəsmiləri tərəfindən təqdim edilmiş heyətlərin "Xudafərin" bəndinə, eləcə də İran İslam Respublikasının selin qarşısının alınması işində necə iştirak etməsi ilə yaxından tanış olmaq üçün istədikləri bölgələrə gedərək baxış keçirmələrinə lazımi şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti