...

Azərbaycanın Sabirabad rayonunda iki bənd dağılıb - FHN

Hadisə Materials 19 May 2010 13:01 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, mayın 18-də rayonun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılıb. Nəticədə, əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50ha sahədə daşqın suları ilə dolub.
Azərbaycanın Sabirabad rayonunda iki bənd dağılıb - FHN

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sabirabad rayonunda iki bənd dağılıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, mayın 18-də rayonun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılıb. Nəticədə, əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50ha sahədə daşqın suları ilə dolub.

Mayın 19-da isə rayonun Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılıb. Nəticədə, qeyd olunan kənddə bəzi ərazilər daşqın suları ilə dolub.

Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən, sakinlərin təxliyyəsi həyata keçirilir.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti