...

Azərbaycanlı millət vəkilinin qardaşı mühafizə xidmətinin rəhbəri tərəfindən bıçaqlanıb

Hadisə Materials 2 İyun 2010 16:52 (UTC +04:00)
Salyan rayon prokuroru Elxan Pənahov çərşənbə günü Trend-ə bildirib ki, bu gün 15:00 radələrində Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlipaşa Abdullayev iş otağında bıçaqlanıb.
Azərbaycanlı millət vəkilinin qardaşı mühafizə xidmətinin rəhbəri tərəfindən bıçaqlanıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Salyan rayonunda millət vəkilinin qardaşı bıçaqlanıb.

Salyan rayon prokuroru Elxan Pənahov çərşənbə günü Trend-ə bildirib ki, bu gün 15:00 radələrində Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlipaşa Abdullayev iş otağında bıçaqlanıb.

Bıçaqlanan şəxs millət vəkili Əkrəm Abdullayevin qardaşıdır.

Prokuror bildirib ki, Abdullayev "Riyad" Mühafizə Xidmətinin Salyan rayon şöbəsinin rəhbəri İslam Rzayev tərəfindən bıçaqlanıb.

Abdullayev ağır vəziyyətdə xəstəxanaya aparılıb, üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hadisəni törədən şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd (29,120-ci) maddəsi ilə cinayət işi başlanıb.

Prokuror hadisənin səbəbləri barədə məlumat verməyib və bildirib ki, faktla bağlı istintaq işi aparılır.

Xəbər lenti

Xəbər lenti