...

Bakıda avtobuslar toqquşub: üç nəfər xəsarət alıb

Hadisə Materials 21 İyun 2010 12:05 (UTC +04:00)
Bazar ertəsi Bakının Nərimanov rayonunda iki sərnişin avtobusu toqquşub.
Bakıda avtobuslar toqquşub: üç nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva /

Bazar ertəsi Bakının Nərimanov rayonunda iki sərnişin avtobusu toqquşub.

Səhər saatlarında Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişdiyi yerdə 99 saylı avtobus 10 saylı marşrut üzrə hərəkət edən avtobusla toqquşub. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BDYP) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis kapitanı Cəmşid Hənifəyev məlumat verib.

Onun sözlərinə görə, YNH zamanı 10 saylı marşrutdakı üç sərnişin yüngül bədən xəsarətləri alıb.

Hənifəyev deyib ki, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti