...

Azərbaycan şimalında çayın daşması nəticəsində ətraf aləmdən təcrid olunan insanlar evakuasiya edilib (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 27 İyun 2010 21:58 (UTC +04:00)
Gilgilçayın daşması nəticəsində Azərbaycanın Quba və Şabran rayonları arasında yerləşən "İstisu" sanatoriyasına gedən yol bağlanıb. Bu barədə Trend-ə Quba rayon İcra Hakimiyyətindən bildirilib..
Azərbaycan şimalında çayın daşması nəticəsində ətraf aləmdən təcrid olunan insanlar evakuasiya edilib (ƏLAVƏ EDİLİB)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir F.Hüseynli/

RED. əlavəsi: Üçüncü abzasdan sonra xilasedicilərin işi əlavə edilib

Gilgilçayın daşması nəticəsində Azərbaycanın Quba və Şabran rayonları arasında yerləşən "İstisu" sanatoriyasına gedən yol bağlanıb. Bu barədə Trend-ə Quba rayon İcra Hakimiyyətindən bildirilib.

Nəticədə sanatoriyada dincələn 120 nəfərdən çox iki gündür ki, ətraf aləmdən təcrid olunub. İstirahət edənlərin yalnız bazar günü səhər yaxınlarını xəbərdar etməsindən sonra hadisə barədə FHN-ə məlumat çatdırılıb.

Məlumat daxil olduqdan sonra bu gün səhər saatlarından başlayaraq FHN-in xilasediciləri helikopterlə əraziyə ərzaq aparıb və sanatoriyada qalmış insanların evakuasiyasına başlayıblar.

İcra Hakimiyyətindən bildiriblər ki, FHN-nin xilasediciləri "İstisu" sanatoriyasında qalmış insanları evakuasiya ediblər.

İstisu ilə yanaşı, Şabran rayonunun həmin ərazidə yerləşən bir neçə yaşayış məntəqəsinin də yolu bağlanıb. Xilasedicilər həmin yaşayış məntəqələrinin sakinlərinin də evakuasiyasını başa çatdırıb.

Quba rayonu paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti