...

Bakıda yanğına səbəb elektrik şitinin partlaması olub

Hadisə Materials 5 Avqust 2010 10:52 (UTC +04:00)
Yasamal Rayon Polis İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, avqustun 4-dən 5-nə keçən gecə Zahid Xəlilov küçəsi - 54 ünvanda baş vermiş yanğın zamanı 6 nəfər yüngül yanıq xəsarətləri alıb. Xəsarət alanlar içərisində uşaqların da olduğu bildirilir.
Bakıda yanğına səbəb elektrik şitinin partlaması olub

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada dünən axşam baş vermiş yanğın elektrik şitinin partlaması nəticəsində yaranıb.

Yasamal Rayon Polis İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, avqustun 4-dən 5-nə keçən gecə Zahid Xəlilov küçəsi - 54 ünvanda baş vermiş yanğın zamanı 6 nəfər yüngül yanıq xəsarətləri alıb. Xəsarət alanlar içərisində uşaqların da olduğu bildirilir.

İlkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıblar.

Yanğın zamanı yataqxanada 10 kv.m sahə yanıb.

Xəbər lenti

Xəbər lenti