Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Cəfərov/
İranın Ərdəbil şəhərinin yaxınlığında yerləşən Savalan dağına yayın ortasında qar yağıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, qarın qalınlığı bəzi yerlərdə 10 santimetrə çatır. Qarın yağması alpinistlər və bəzi yaxın kəndlərdə əhali üçün gözlənilməz olub. Ərdəbildə dünən havanın temperaturu 33 dərəcə isti olub. Savalan dağı dəniz səviyyəsindən 4811 metr hündürdür. Savalan dağının ətəyində Ərdəbil, Sərab və Meşkin, həmçinin, Ərşə mahalı yerləşir.