...

İki azərbaycanlını döyərək öldürən gürcü saxlanılıb

Hadisə Materials 15 Noyabr 2010 17:03 (UTC +04:00)
Kvemo Kartli Baş Polis İdarəsinin əməkdaşları noyabrın 12-də Dmanisi rayonunun Şidlari kəndində iki nəfəri ölümcül döyən 1972-ci il təvəllüdlü Erekle Viblianini saxlayıblar.
İki azərbaycanlını döyərək öldürən gürcü saxlanılıb

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Kvemo Kartli Baş Polis İdarəsinin əməkdaşları noyabrın 12-də Dmanisi rayonunun Şidlari kəndində iki nəfəri ölümcül döyən 1972-ci il təvəllüdlü Erekle Viblianini saxlayıblar.

Gürcüstan DİN-in məlumatına görə, Vibliani Şidlari kəndi yaxınlığında öz kənd təsərrüfatı sahəsində mübahisə zəminində vətəndaşlar Muqadin Adıgözəlov və Nodar Əhmədovu amansızcasına döyüb, nəticədə Adığözəlov yerindəcə vəfat edib, Əhmədov isə Tbilisi Dəmir Yol Xəstəxanasına yerləşdirilib. O, üç gündən sonra aldığı zədələrdən dünyasını dəyişib.

Saxlanılan şəxs törətdiyi əməli etiarf edib. O, bildirib ki, öldürülən şəxslərin hər ikisi tez-tez mala-qaralarını onun ərazisində otarıblar və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bunu etməkdən çəkinməyiblər. Vibiliani qeyd edib ki, insident zamanı sərxoş olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 108-ci maddəsi üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti