...

Azərbaycanda mazutla dolu dörd sistern relsdən çıxıb

Hadisə Materials 2 Fevral 2011 12:29 (UTC +04:00)
Bu gün səhər Azərbaycanın Goranboy rayonunda "Dəli Məmmədli" stansiyasında mazutla dolu dörd vaqon relsdən çıxıb. Trend-in məlumatına görə bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Azərbaycanda mazutla dolu dörd sistern relsdən çıxıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Bu gün səhər Azərbaycanın Goranboy rayonunda "Dəli Məmmədli" stansiyasında mazutla dolu dörd vaqon relsdən çıxıb. Trend-in məlumatına görə bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, sisternlərdən ibarət qatar köməkçi yolda dayanıbmış, ona görə də digər qatarların hərəkətində heç bir problem yaranmayıb. Yaxın vaxtlarda sisternlər relslərin üzərinə qaldırılacaq və təyin olunduğu yerə göndəriləcək.

Əzməmmədovun dediyinə görə, relsdən çıxan sisternlər mazutla dolu olub, lakin onlar aşmadığından mazut ətrafa dağılmayıb.

Mazutla yüklənmiş və Baltikyanı ölkələrdən birinə məxsus olan sisternlər Mahaçqaladan Azərbaycan ərazisi ilə Gürcüstana göndərilir.

Vaqonların yoldan çıxması nəticəsində zərərçəkən olmayıb.

Xəbər lenti

Xəbər lenti