...

İranda baş verən daşqınlarda 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb

Hadisə Materials 3 Fevral 2011 14:06 (UTC +04:00)
İranın Kirman və Fars əyalətlərində güclü yağış daşqınlara səbəb olub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda baş verən daşqınlarda 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb

İranın Kirman və Fars əyalətlərində güclü yağış daşqınlara səbəb olub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Təbii fəlakət nəticəsində Fars əyalətində 2 nəfər itkin düşüb, 3 nəfər həlak olub, Kirmanda da 3 nəfər həlak olub.

İRNA agentliyinin məlumatına əsasən, ötən üç gün ərzində baş vermiş daşqınlarda 14 şəhər və qəsəbə, 116 kənd su altında qalıb. Bunu İranın Kirman əyalətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Kavus Mahmudi deyib.

Onun sözlərinə görə, daşqınlardan ziyan görmüş kəndlərə ərzaq, adyal və çadırlar çatdırılıb, yardımlar davam etdirilir.

İran televiziyasının rəsmi saytı iribnews.ir-in məlumatına əsasən, sel Kirman əyalətinin Riqan şəhərində 2000 evin ziyan görməsinə, 1300 evin tamamilə dağılmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti