...

Ötən ilin dekabrında Bakıda mənzildən oğurluq etmiş şəxs tutulub

Hadisə Materials 11 Fevral 2011 11:17 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ötən il Yeni il bayramında Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yaşayan Sevda Səmədovanın mənzilindən 4000 manat, 300 avro və qızıl-zinət əşyaları oğurlanıb.
Ötən ilin dekabrında Bakıda mənzildən oğurluq etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ilin dekabrında Bakıda mənzildən oğurluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ötən il Yeni il bayramında Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yaşayan Sevda Səmədovanın mənzilindən 4000 manat, 300 avro və qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində mənzildən oğurluq etməkdə şübhəli bilinən Bakıxanov qəsəbə sakini Rauf Nəsrəddinov Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti