...

Bakıda 50 manatlıq saxta əskinazlar aşkarlanıb

Hadisə Materials 8 Mart 2011 13:32 (UTC +04:00)
Bakıda 50 və 20 manatlıq saxta əskinazlar aşkarlanaraq götürülüb
Bakıda 50 manatlıq saxta əskinazlar aşkarlanıb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir M.Əliyev/ Bakıda 50 və 20 manatlıq saxta əskinazlar aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyükşor qəsəbə sakini Tahir Əliyevdən 5 ədəd 50 manatlıq və 6 ədəd 20 manatlıq saxta əskinazlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti