Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir T.Hacıyev/
Novruz bayramında bir ailənin üç üzvü dəm qazından həlak olub.
Trend-in Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda 20 yanvar küçəsində yaşayan Elnarə Abdullayeva, onun oğlanları Raul və Raid dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.