Azərbaycan, Bakı, 22 mart /Trend/
Azərbaycanda Novruz bayramı günü iki nəfər dəm qazından boğulub. Bu barədə çərşənbə axşamı DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Sumqayıt şəhər sakini Afiq Bağırov yaşadığı mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Bakının Nizami rayonundakı Çobanzadə küçəsində kirayədə yaşayan, Ağcəbədi rayon sakini Xəlil Seyfətov dəm qazından boğulmuşdur.