...

Dövlət Sərhəd Xidməti əsgərin ölümü ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 7 Aprel 2011 15:20 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti Şəmkirdəki hərbi hissədə əsgərin ölümü ilə bağlı rəsmi məlumat yayıb.
Dövlət Sərhəd Xidməti əsgərin ölümü ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidməti Şəmkirdəki hərbi hissədə əsgərin ölümü ilə bağlı rəsmi məlumat yayıb.

DSX-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xidmətin Şəmkir rayonundakı N saylı hərbi hissəsində kiçik çavuş Qəmbərli Muxtar Qurbanəli oğlu hərbi hissənin yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb.

Əsgər hospitala çatdırılmasına və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat edib.

Qəmbərli bu ilin yanvarında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı Qazax rayon hərbi prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti