...

Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs yaxalanıb

Hadisə Materials 2 May 2011 12:38 (UTC +04:00)
Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs yaxalanıb.
Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs yaxalanıb.

Trend-in Daxili İşlərə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 23-də "Azpetrol" yanaсaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əskinas vermiş Xaçmaz şəhər sakini Tərlan Dəmirov tutulub.

Dəmirovun həmin əskinası həmyerlisi Murad Osmanovdan aldığı müəyyən edilib. Osmanov da saxlanılıb.

Xəbər lenti

Xəbər lenti