...

Bakı polisi yanacaqdoldurma məntəqəsinə basqın hazırlayan qrupu zərərsizləşdirib

Hadisə Materials 2 May 2011 12:44 (UTC +04:00)
Bakı polisi yanacaqdoldurma məntəqəsinə basqın hazırlayan qrupu zərərsizləşdirib.
Bakı polisi yanacaqdoldurma məntəqəsinə basqın hazırlayan qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi yanacaqdoldurma məntəqəsinə basqın hazırlayan qrupu zərərsizləşdirib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-u saat 06:00 radələrində Hacıqabul rayon sakinləri Kamal Əliyev, Qulu Baxşıyev, Vüqar Əliyev, Gəncə şəhər sakinləri Məhdi Fətullayev və Emin Rəhimov Binəqədi şossesində yerləşən yanacaqdoldurma məntəqəsinə quldurluğa hazırlıqda şübhəli bilinərək Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Onlardan cinayətdə istifadə oluna biləcək 1 ədəd alışqan tapança və digər əşyalar aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti