Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatları aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir.
Bununla bağlı məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər, aidiyyəti qurumlar məlumatlandırılıblar.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən, aşkarlanmış sursatların 2 ədəd istifadə üçün yararsız 100 mm-lik tank mərmisi olduğu müəyyən edilib. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.
Əməliyyat çərşənbə günü saat 22:03-də başa çatıb.
Bakıda tikinti işləri aparılan ərazidə döyüş sursatları aşkarlanıb - FHN
Bakının Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatları aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir.