...

Cəlilabadda qısqanclıq zəminində qohumunu qətlə yetirən şəxs polisə təslim olub

Hadisə Materials 16 İyun 2011 11:38 (UTC +04:00)
Cəlilabadda qısqanclıq zəminində qohumunu qətlə yetirən şəxs könüllü şəkildə polisə təslim olub. Bu barədə cümə axşamı Trend-ə Respublika Baş Prokurorluğundan məlumat verilib.
Cəlilabadda qısqanclıq zəminində qohumunu qətlə yetirən şəxs polisə təslim olub

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir T.Hacıyev/

Cəlilabadda qısqanclıq zəminində qohumunu qətlə yetirən şəxs könüllü şəkildə polisə təslim olub. Bu barədə cümə axşamı Trend-ə Respublika Baş Prokurorluğundan məlumat verilib.

İyunun 15-də saat 24:00 radələrində Cəlilabad rayonunun Xəlilli kənd sakini, 1982-ci il təvəllüdlü Şükürov Şənlik Kamal oğlu yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi və qohumu Şükürov İxtiyar Müzəffər oğlunu özündə olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə, həmçinin mişar daşı ilə isə başına çoxsaylı zərbələr vuraraq qəsdən öldürüb və Cəlilabad rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verib, eyni zamanda cinayətin aləti olan bıçağı təqdim edib.

Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Şükürov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti