...

İranda daha üç nəfər edam olunub

Hadisə Materials 20 İyun 2011 15:42 (UTC +04:00)
Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin Zabul şəhərinin meydanında əhalinin gözü qarşısında üç nəfər edam olunub.
İranda daha üç nəfər edam olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin Zabul şəhərinin meydanında əhalinin gözü qarşısında üç nəfər edam olunub. Bu barədə Trend İranın ISNA saytına istinadən məlumat verir.

Məlumata əsasən, Sistan və Bəluçistan əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər silahlı basqın, zorlama və oğurluq ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 160 nəfərdən çox şəxs edam olunub. Narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 90 nəfərdən çox şəxs edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Xəbər lenti

Xəbər lenti