Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Beyləqan rayon sakininin evindən içərisində 36 min manat pul olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini Novruz Əhmədovun evindən pəncərədən girmək yolu ilə içərisində 36000 manat pul olan dəmir seyfi və 1 ədəd mobil telefonu oğurlayan Orxan Səfərəliyev saxlanılıb.
21 yaşlı Səfəralıyev barəsində cinayət işi başlanıb.