...

DİN Bakıda sərnişin avtobuslarının törətdiyi qəza ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 28 İyun 2011 12:52 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 16:30 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Rasim Nağıyevin idarə etdiyi "Daewoo" markalı və həmyerlisi Elman Bağırovun idarə etdiyi "Mercedes" markalı avtobuslar toqquşub.
DİN Bakıda sərnişin avtobuslarının törətdiyi qəza ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobuslarının törətdiyi qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 16:30 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Rasim Nağıyevin idarə etdiyi "Daewoo" markalı və həmyerlisi Elman Bağırovun idarə etdiyi "Mercedes" markalı avtobuslar toqquşub.

Hadisə zamanı 8 nəfər sərnişin xəsarət alıb.

Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti