Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ağır yol qəzası olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iyulun 1-də saat 01:30 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakini Ağasəf Zəkiyevin idarə etdiyi "Mercedes" markalı və həmyerlisi Ramil Mirzəyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşub.
Hadisə nəticəsində Mirzəyev hadisə yerində ölüb, sərnişinləri Orxan, Ceyhun, 11 yaşlı Kənan Mirmahmudovlar və Xəyal Hümbətov xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.