...

Komissiya üzvləri Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yerə çata bilməyiblər - səfir

Hadisə Materials 8 İyul 2011 12:24 (UTC +04:00)
Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yerdə mürəkkəb vəziyyət üzündən qəzanın səbəblərini araşdırmaq üçün yola düşmüş komissiyanın üzvləri hələ ki təyyarənin düşdüyü yerə çatmağa nail ola bilməyiblər.
Komissiya üzvləri Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yerə çata bilməyiblər - səfir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yerdə mürəkkəb vəziyyət üzündən qəzanın səbəblərini araşdırmaq üçün yola düşmüş komissiyanın üzvləri hələ ki təyyarənin düşdüyü yerə çatmağa nail ola bilməyiblər. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

"Hazırda təyyarənin qəzaya uğradığı zonada koalisiya antiterror əməliyyatı aparır, ona görə də həmin yerə çatmaq çətin və təhlükəlidir", - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan Mülki Aviasiya Administrasiyası nümayəndələrinin və təyyarənin məxsus olduğu "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu qəzanı araşdıran komissiyanın üzvləri qəza yerinə helikopterlə çata bilərlər, lakin bundan sonra bir neçə saat dağlarda piyada getməlidirlər ki, bu zaman da atəşə məruz qala bilərlər.

"Ona görə də təyyarənin "qara qutu"sunu və ekipaj üzvlərinin meyitlərini tapmaq mümkün olmayıb", - diplomat deyib.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".

"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. "Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib", - o qeyd edib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti