...

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batmış iki nəfərin cəsədini tapıb

Hadisə Materials 20 İyul 2011 15:10 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batmış iki nəfərin cəsədini tapıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batmış iki nəfərin cəsədini tapıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batmış iki nəfərin cəsədini tapıb.

Trend-in nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da Yuxarı Qarabağ kanalının Yevlax rayonu, Malbinəsi kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Cabbarov Şamo Vaqif oğlunun cəsədi dalğıc-xilasedicilər tərəfindən Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qarayusifli kəndi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb.

Həmin gün Xəzər dənizinin Mərdəkan sahillərində, dənizin nəzarətsiz ərazisində batmış 1990-cı il təvəllüdlü Mehdiyev Anar Ağamir oğlunun cəsədi tapılaraq sudan çıxarılıb.

Hər iki cəsəd aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti