...

Bakıda ev yiyəsini bıçaqla hədələyərək evini soyublar

Hadisə Materials 26 İyul 2011 11:28 (UTC +04:00)
Bakıda ev yiyəsini bıçaqla hədələyərək evini soyublar. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda ev yiyəsini bıçaqla hədələyərək evini soyublar

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Bakıda ev yiyəsini bıçaqla hədələyərək evini soyublar. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 13-ü saat 17:00 radələrində A.Məmmədov küçəsində kirayədə yaşayan Qalib Məmmədov yaşadığı mənzilə daxil olarkən naməlum şəxs onun arxasınca mənzilə girərək onu bıçaqla hədələyib, 1 ədəd noutbuk və qızıl-zinət əşyalarını götürüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakini Namiq İsmayılov iyulun 25-də Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti