...

İsmayıllıda güclü yanğın başlayıb

Hadisə Materials 27 İyul 2011 15:46 (UTC +04:00)
İsmayıllı rayonu Gəraybəyli kəndi ərazisində güclü yanğın başlayıb
İsmayıllıda güclü yanğın başlayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İsmayıllı rayonu Gəraybəyli kəndi ərazisində güclü yanğın başlayıb.

İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, ərazi dağlıq olduğundan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki helikopteri, canlı qüvvəsi və ətraf kəndlərin sakinləri cəlb olunub.

Əhmədov yanğının kiçik ağac və kolluqlardan ibarət sahədə baş verdiyini bildirib.

İlkin ehtimala görə, yanğına güclü istilər səbəb olub.

Xəbər lenti

Xəbər lenti