...

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Hadisə Materials 29 İyul 2011 13:21 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dünən günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 8 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşib.
Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dünən günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 8 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xilasedicilər dünən suda batmış iki nəfərin meyitini sudan çıxarıblar.

Xan Qızı kanalının Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindən keçən hissəsində batmış 1992-cü il təvəllüdlü Bayramov Rabil Qabil oğlunun və Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində, nəzarət olunmayan ərazidə batmış Fərid Məmmədovun cəsədləri Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Xilasedicilər Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən şəxsin axtarışlarına başlayıblar.

Xəbər lenti

Xəbər lenti