...

Moskvada cinayət qruplaşmaların gəlirlərinə nəzarət edən erməni avtoritet saxlanılıb

Hadisə Materials 13 Avqust 2011 13:25 (UTC +04:00)
Moskva ətrafında kriminal avtoritet Vardan Asatryan saxlanılıb
Moskvada cinayət qruplaşmaların gəlirlərinə nəzarət edən erməni avtoritet saxlanılıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Moskva ətrafında mənzil oğrularına "nəzarət edən" kriminal avtoritet Vardan Asatryan saxlanılıb. Asatryan kriminal dairələrdə "Bce" cinayət ləqəbi ilə məşhurdur. Trend-in məlumatına görə, xəbəri Armenia Today yayıb.

DİN-in şəhər idarəsinin rəsmi nümayəndəsi Anjela Kastuevanın dediyinə görə, şəxsi baxış zamanı Asatryandan Rusiya vətəndaşı Andrey Alekseyevin adına saxta pasport və 0,5 qramdan çox heroin aşkarlanaraq götürülüb, onun barəsində cinayət işi qaldırılıb.

Asatryan "mənzil oğurluğu ilə məşğul olan paytaxt və regional cinayət qruplaşmalarının gəlirlərinə nəzarət edib", - İntefaks məlumat verib.

1962-ci il təvəllüdlü Asatryan əslən Gürcüstandandır.

Сriminalnaya.Ru-nun məlumatına görə, o əvvəllər oğurluq və narkotikə görə məhkum edilib, həbsxanalarda həyatının təxminən 11 ilini keçirib. Məhz həbsxanada olan zaman o, kriminal dünyanın yüksək statusunu alıb. Kriminal dünyanın generalı Moskvada gizli daş-qaşlar bazarının bir hissəsinə, eləcə də Ukrayna və Rusiya arasında bir neçə narkotik kanalına "nəzarət edib".

Xəbər lenti

Xəbər lenti