...

Türkiyədə hərbçilərə qarşı terror aktı, ölənlərin sayı 8-ə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Avqust 2011 13:25 (UTC +04:00)
Türkiyədə hərbçilərə qarşı terror aktı, ölənlərin sayı 8-ə çatıb
Türkiyədə hərbçilərə qarşı terror aktı, ölənlərin sayı 8-ə çatıb (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (İlk xəbər 12:29-da yayılıb)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib.

Trend-in "Sabah" a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir əsgər ölüb, bir neçə nəfərin yaralanıb.

Yaralıların sayı barədə isə heç bir məlumat verilməyib. Hadisədən sonra bölgəyə əlavə hərbi qüvvələr dislokasiya olunub.

Son günlər PKK-nın Hakkari bölgəsində mina və bombalı hücumlarının ardınca Türkiyə Silahlı Qüvvələri əraziyə minaya qarşı qorumalı nəqliyyat vasitələri göndərib.

Son məlumata görə, partlayış nəticəsində və sonradan PKK-çıların atəş açması nəticəsində ölən türk əsgərlərin sayı 8 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti