Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 4 ay öncə avtomobildən 13 ədəd mobil telefon oğurlayan şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Ziya Paşayevə məxsus "Toyota Prado" markalı avtomaşından 13 ədəd mobil telefon və şəxsi sənədlərini oğurlamış Bakı şəhər sakini Türkel Seyidov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.