...

AMEA-nın Fizika İnstitutundan oğurluq edənlər tutulub

Hadisə Materials 19 Avqust 2011 13:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundan oğurluq edənlər tutulub
AMEA-nın Fizika İnstitutundan oğurluq edənlər tutulub

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundan oğurluq edənlər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Sabunçu Dəmir Yolu Stansiyasının ərazisində, Zəngilan rayon sakinləri Xəqani Hüseynov, Elvin Quliyev və Elşən Quliyev Fizika İnstitutundan oğurladıqları 2 ədəd kondisioneri satarkən tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti