...

Türkiyə HHQ İraqın şimalında PKK-nın 20 obyektini bombalayıb

Hadisə Materials 20 Avqust 2011 13:10 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı bu gün İraqın şimalında aparılan üçüncü gecə əməliyyatı barədə rəsmi bəyanat verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.
Türkiyə HHQ İraqın şimalında PKK-nın 20 obyektini bombalayıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı bu gün İraqın şimalında aparılan üçüncü gecə əməliyyatı barədə rəsmi bəyanat verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

"Türkiyə HHQ-nin təyyarələri cümə günü gecə İraqın şimalında terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarının mövqelərinə yeni zərbələr endiriblər. Uğurlu əməliyyat zərbələri nəticəsində PKK-nın 20 obyekti bombalanıb". Baş Qərargahın bəyanatında deyilir.
Əməliyatlarda 10-dan çox F-16 qırıcısı iştirak edib.

Aviazərbələr çərşənbə günü axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti