...

Türkiyədə hərbiçilərin maşını minaya düşüb, üç əsgər şəhid olub

Hadisə Materials 29 Avqust 2011 07:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Türkiyədə hərbçiləri daşiyan maşın PKK terrorçuları tərəfindən qoyulan minaya düşüb. Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində üç əsgər şəhid olub, daha üç hərbçi yaralanıb.

Hadisə bazar günü səhər saatlarında Hakkari vilayətinin Şemdinli ilçəsində baş verib.

Yaralanan hərbçilər Hakkarinin xəstəxanasına çatdırılıb. Rayonda yaraqlıların tutulması üçün əməliyyata başlanıb.

Xəbər lenti

Xəbər lenti