...

Qroznıdakı partlayışlar nəticəsində 8 nəfər ölüb, 22-si yaralanıb

Hadisə Materials 31 Avqust 2011 11:30 (UTC +04:00)
Çərşənbə axşamı Qroznıda baş vermiş partlayışların qurbanlarının sayı səkkizə çatıb.
Qroznıdakı partlayışlar nəticəsində 8 nəfər ölüb, 22-si yaralanıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Çərşənbə axşamı Qroznıda baş vermiş partlayışların qurbanlarının sayı səkkizə çatıb. Çərşənbə günü səhər daha bir polis aldığı yaralardan vəfat edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Çeçenistanın səhiyyə naziri Musa Əhmədov bildirib.

İlkin məlumatlara görə, Qroznının Lenin rayonundakı partlayışları üç terrorçu-intiharçı törədib. Birinci partlayış Boqdan Xmelnitski küçəsində post patrul xidməti əməkdaşlarının şübhəli səxsi sənədlərini yoxlamaq üçün saxlamağa cəhd edərkən baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yoldan keçənlər toplaşıb. Bu zaman izdihamın içərisində daha iki partlayış baş verib. Həlak olanlar arasında altı polis işçisi, FHN əməkdaşı və bir mülki şəxs var. Yaralılar arasında isə həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də mülki şəxslər var.

"Hazırda xəstəxanada 22 yaralı var, onlardan beşinin vəziyyəti ağırdır", - Əhmədov dəqiqləşdirib.

O əlavə edib ki, RF FHN yaralıların Moskvaya gətirilməsi üçün Qroznıya xüsusi reys göndərmək istəyir.

"Ağır yaralıların vəziyyəti onların daşınmasına icazə vermir. Onların bəzilərinin buna ehtiyacı yoxdur", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti