...

Azərbaycanda bir gündə iki uşaq özünü asıb

Hadisə Materials 6 Sentyabr 2011 10:00 (UTC +04:00)
Gədəbəydə 13 yaşlı uşaq intihar edib.
Azərbaycanda bir gündə iki uşaq özünü asıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gədəbəydə 13 yaşlı uşaq intihar edib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Gədəbəyin Emir kənd sakini 1998-ci il təvəllüdlü Azər Haqverdiyev yaşadığı evin yaxınlığındakı meşə sahəsində özünü asaraq intihar edib.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində isə 7 yaşlı uşaq özünü öldürüb.

Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sübhan Səfərov özünü asıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti