...

Bakıda ağır qəza törədən gənc qadın sürücü eks-prezident Ayaz Mütəllibovun nəvəsidir

Hadisə Materials 8 Sentyabr 2011 19:00 (UTC +04:00)
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə 3 nəfəri vurub.
Bakıda ağır qəza törədən gənc qadın sürücü eks-prezident Ayaz Mütəllibovun nəvəsidir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 19 yaşlı qadın sürücü 3 piyadanı vurub.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə 3 nəfəri vurub.

Hadisə zamanı şəxsiyyətləri hələlik məlum olmayan bir kişi və bir uşaq ölüb, bir qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Trend-ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti