...

Bakı yol polisi yol hərəkəti qaydaları ilə bağlı çarx hazırlayıb (VİDEO)

Hadisə Materials 8 Sentyabr 2011 16:17 (UTC +04:00)
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydaları ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə sosial çarx hazırlayıb.
Bakı yol polisi yol hərəkəti qaydaları ilə bağlı çarx hazırlayıb (VİDEO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydaları ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə sosial çarx hazırlayıb.

İdarənin şöbə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobillərin yüksək sürətlə idarə olunması, sürücülərin və sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməməsi ağır yol qəzalarının baş verməsi ilə nəticələnir.

"Bu sahədə əhalinin, sürücülərin maarifləndirilməsi üçün belə bir sosial çarxın hazırlanması zərurəti meydana çıxdı. Sosial çarx sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində keçirilən təhlükəsizlik aylığı çərçivəsində televiziyalarda yayımlanacaq", - Əsədov deyib.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti