...

DİN "Sərhəd-2011" əməliyyatı zamanı qeydə alınan cinayətlərlə bağlı məlumat yayıb

Hadisə Materials 21 Sentyabr 2011 11:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyi "Sərhəd-2011" əməliyyatı zamanı qeydə alınan cinayətlərlə bağlı məlumat yayıb.
DİN "Sərhəd-2011" əməliyyatı zamanı qeydə alınan cinayətlərlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi "Sərhəd-2011" əməliyyatı zamanı qeydə alınan cinayətlərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonu Tola kənd sakini, əvvəllər məhkum olunmuş Mərdan Əzəmmədovun evinə baxış zamanı oradan 3 kiloqram 200 qram marixuana, müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 5 ədəd patron və 17 ədəd gliz, habelə, həyatyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 60 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Cari il mayın 20-də Oğuz rayon sakini İlham İsmayılova məxsus mağazadan 200 manat pulu və danışıq kartlarını oğurlamış rayonun Xaçmaz kənd sakini Əliağa Hacıyev tutulub.

Sentyabrın 17-də Qusar rayon sakini Faiq Quliyevə məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış həmyerliləri Zedik Əlixanov və Elşən Mustafayev tutulublar.

Rusiyanın Cinayət Məcəlləsinin 206-cı (girov götürmə) maddəsi ilə axtarışda olan Qax rayon sakini Aslan Aslanov tutulub.

Nazirlikdən bildirilib ki, "Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.

"Sərhəd-2011" əməliyyatları Azərbaycan və Rusiya sərhədində keçirilir və sentyabrın 25-ə qədər başa çatması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti