...

Türkiyə HHQ Qəndil dağlarına növbəti dəfə zərbələr endirib

Hadisə Materials 27 Sentyabr 2011 12:22 (UTC +04:00)
Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) çərşənbə axşamına keçən gecə İraqın şimalında yerləşən Qəndil dağlarına növbəti aviazərbələr endirib.
Türkiyə HHQ Qəndil dağlarına növbəti dəfə zərbələr endirib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) çərşənbə axşamına keçən gecə İraqın şimalında yerləşən Qəndil dağlarına növbəti aviazərbələr endirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

F-16 təyyarələri iki saat ərzində kürd separatçılarının Qəndil dağlarındakı mövqelərini bombalayıb.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti