...

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 5 Oktyabr 2011 12:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun 90-cı kilometrliyində "Mercedes" və "Daewoo" markalı minik avtomobilləri toqquşub.
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun 90-cı kilometrliyində "Mercedes" və "Daewoo" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin, həmçinin, "Daewoo" markalı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişindən ikisi yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıb.

"Daewoo" markalı avtomobildə olan digər sərnişin, 1967-ci il təvəllüdlü Hümbətov Ağasəf Aslan oğlu isə həlak olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və Hümbətovun cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti