...

Bakı polisi silahlı qatili tutub

Hadisə Materials 9 Oktyabr 2011 23:32 (UTC +04:00)
Qardaşının həyat yoldaşını bazar günü qətlə yetirən Canbala Atababayev polis əməkdaşları tərəfindən tutulub. Bu barədə Trend-ə Sabunçu rayon prokurorluğundan bildirilib.
Bakı polisi silahlı qatili tutub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qardaşının həyat yoldaşını bazar günü qətlə yetirən Canbala Atababayev polis əməkdaşları tərəfindən tutulub. Bu barədə Trend-ə Sabunçu rayon prokurorluğundan bildirilib.

Sabunçu rayon polis idarəsindən daha əvvəl Trend-ə verilən məlumata görə, rayon Kürdaxanı qəsəbə sakini Canbala Atababayev odlu silahla qətl hadisəsi törədərək VAZ 2107 markalı avtomobillə qaçıb.

Atabalayev qardaşının həyat yoldaşını Mətanət Məlikovanı "Vinçester" markalı silahla qətlə yetirib.

Məlumata görə, onun tutulması uçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanılıb. Bakıda bu gün səhər saatlarından polis gücləndirilmiş iş rejiminə keçmişdir. Paytaxtda bütün istiqamətlərdə silahlı polis postları qurulmuşdur.

Faktla bağlı rayon prolurorluğunda "Qəsdən adam öldürmə" və "Qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi başlanmışdır.

Yerli mühafizə orqanlarından bildirilib ki, qatilin tutulması məqsədi ilə paytaxtın qonşu rayonlarında da əlavə polis postları qurulmuşdur.

Xəbər lenti

Xəbər lenti