...

Qəbələdə ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Hadisə Materials 11 Oktyabr 2011 10:24 (UTC +04:00)
Qəbələdə ağır yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Qəbələdə ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qəbələdə ağır yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Trend-in çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, Qəbələ rayonu Vəndam qəsəbəsində "VAZ" və "QAZ" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və 4 sərnişini, eləcə də, "QAZ" markalı avtomobilin sürücüsü və 1 sərnişini yaralanaraq, deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yaralılar xəstəxanaya aparılıb. Yaralılardan 10 yaşlı Abdurahmanova Xəzər Azər qızı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti