Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Naftalanda məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub, 35 ailə təxliyə edilib.
Trend-in cümə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Naftalan şəhərində hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 kv.m olan dördmərtəbəli binanın çardağının yanar konstruksiyaları 288 kv.m sahədə yanıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən binada yaşayan 35 ailə (təxminən 100 nəfər) təxliyə olunub, binanın qalan hissəsi yanğından mühafizə olunub.