Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Bu gün Adriatik dənizində Türkiyənin yük gəmisi Albaniyaya məxsus sərnişin gəmisi ilə toqquşub. Nəticədə üç nəfər türk vətəndaşı həlak olub. Trend-in məlumatına görə, bu barədə "Sondakika" qəzeti xəbər verir.
Türkiyəyə məxsus gəminin kapitanı və onun köməkçisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.