...

Azərbaycan FHN-in xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 10 nəfəri sağ, 36 nəfərin meyitini çıxarıblar

Hadisə Materials 26 Oktyabr 2011 10:28 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 36 nəfərin meyitini, 10 nəfəri isə sağ çıxarıblar.
Azərbaycan FHN-in xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 10 nəfəri sağ, 36 nəfərin meyitini çıxarıblar

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 36 nəfərin meyitini, 10 nəfəri isə sağ çıxarıblar.

Trend-in çərşənbə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, gecə saatlarında zəlzələ bölgəsində Azərbaycan xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 2 cəsəd tapılaraq çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində də hiss edilib.
Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-in Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Vanda isə rəsmi olaraq 432 nəfərin öldüyü təsdiqlənib, 1300-dən artıq yaralı var. Ölənlərin sayının 1000-ə çatacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti