...

Bakıda külli miqdarda noutbuk oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 31 Oktyabr 2011 11:55 (UTC +04:00)
Bakıdakı mağazalardan birindən külli miqdarda noutbuk və DVD-pleyer oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Bakıda külli miqdarda noutbuk oğurlayan şəxs yaxalanıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bakıdakı mağazalardan birindən külli miqdarda noutbuk və DVD-pleyer oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, oktyabrın 26-na keçən gecə Bakı şəhər sakini Ruslan Hüseynova məxsus, Azadlıq prospektində yerləşən mağazadan pəncərənin şüşəsini sındırma yolu ilə 13 ədəd noutbuk, 15 ədəd DVD, danışıq və internet kartları oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Məsimov oktyabrın 30-da tutulub.

Xəbər lenti

Xəbər lenti